AZ

Rusiya səfiri Zelenskinin atmacalarına qəzəbləndi

Rusiya Ermənistanın xarici siyasət münasibətlərini şaxələndirmək suveren hüququna hörmətlə yanaşır, bir şərtlə ki, bu, Rusiya-Ermənistan əməkdaşlığına xələl gətirməsin.

"yeni Sabah" İravunk-a istinadla xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.

"Rusiya tərəfi Ermənistanın xarici siyasət münasibətlərini şaxələndirmək suveren hüququna hörmətini daim vurğulayır və bunun Rusiya-Ermənistan əməkdaşlığına və ortaq inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyətimizə xələl gətirməyəcəyini anlayır." pizza

Diplomatın sözlərinə görə, Rusiya mayın 4-də İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammitinin üzvü deyil: "Buna baxmayaraq, ictimai məlumatlara əsasən, Rusiyaya diqqət daha çox yönəlib, baxmayaraq ki, sırf qarşıdurma xarakterli olub".

Kopırkin deyib: "Zelenskinin Moskvaya qarşı aqressiv açıqlamaları təkcə Rusiya Müdafiə Nazirliyinin sərt xəbərdarlığına deyil, həm də Ermənistan ictimaiyyətinin anlaşılmazlığına səbəb olub".


Telegram kanalımız
Seçilən
1
1
yenisabah.az

2Mənbələr