AZ

Sertab Erener Avroviziya təklifini rədd etdi Video

ain.az, Axsham.az saytına istinadən bildirir.

Türkiyəli müğənni Sertab Erener bu il də "Avroviziya" səhnəsinə çıxmaq təklifini rədd edib.

Axşam.az xəbər verir ki, bu barədə müğənni özü açıqlama yayıb. O, bu il Vyanada keçiriləcək final gecəsinə dəvət aldığını, lakin bu təklifi rədd etdiyini bildirib.

İfaçı bunu dünyada baş verən siyasi hadisələrə görə tədbirdə iştirak etmək istəməməsi ilə əlaqələndirib. Erener həmçinin qeyd edib ki, eyni tarixdə əvvəllər planlaşdırılmış konserti var idi və bu səbəbdən təklifi rədd etməli olub.

Xatırladaq ki, Türkiyə sonuncu dəfə "Avroviziya"da 2012-ci ildə Azərbaycanda keçirilərkən iştirak edib. Sertab ölkəsini sözügedən müsabiqədə 2003-cü ildə təmsil edib. "Everyway That I Can" mahnısı ilə ifaçı ölkəsinə ilk birinciliyi qazandırıb. Bundan sonra Sertab 2024-cü ildə yenidən qonaq qismində şounun ikinci yarımfinalında həmin mahnının fərqli versiyasını səsləndirib.

Qeyd edək ki, bu il ölkəmizi Jiva "Just go" mahnısı ilə təmsil edəcək. Yarışma mayın 12, 14 və 16-da Vyanada keçiriləcək. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
axsam.az

1Mənbələr