AZ

Keçmiş baş həkim özünün və oğlunun “rüşvətxor” adlandırılmasından narazıdır

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Göyçay Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi, 15 ilə yaxın bu vəzifədə çalışmış Famil Zeynalov sosial şəbəkələrdən həkim kimi tanınan Sevinc Cəlilovanın cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə müraciət edib.

Bizimyol.info xəbər verir ki, keçmiş baş həkim Sevinc Cəlilovanın Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını istəyir. O, tələb edir ki, ona bu maddələrdə nəzərdə tutulan ən ağır cəza verilsin.

Famil Zeynalovun sözlərinə görə, Sevinc Cəlilova həm onun özünün, həm də oğlu Kənan Zeynalovun ləyaqətini alçaldıb, onlara böhtan atıb. Onları “rüşvətxor” adlandırıb, nüfuzlarına zərbə vurub.

Famil Zeynalov bildirib ki, oğlu 10 ildən çoxdur şirkət rəhbəridir. Həmin şirkət ölkə ərazisində lazer cihazlarının satışı, təmiri ilə məşğuldur. Həmçinin bu sahədə tədrisin keçirilməsi istiqamətləri üzrə fəaliyyət göstərir. Atası iddia edir ki, Kənan Zeynalov fəaliyyətində uğur qazandıqca ona iftiralar atılır, əleyhinə qarayaxma kampaniyası aparılır. Onun sözlərinə görə, Sevinc Cəlilova sosial şəbəkələrdə özünü həkim kimi təqdim edərək, “Instagram” hesabında öz adından və başqa sosial səhifələrdən müxtəlif təhqir, həqiqəti əks etdirməyən foto-video çarxlar yayıb. Həmin videoçarxda onu “rüşvətxor”, “korrupsioner”, “xəstələri sağlam, sağlamları xəstə edən”, “dövlət əmlakını mənimsəyən” adlandırıb.

Sevinc Cəlilovaya qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddiaya Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəməsinin hazırlıq iclasında onun nümayəndəsi və vəkili iddianın icraata götürülməsinə etiraz edib. Vəkil bildirib ki, həmin yazılar Sevinc Cəlilova tərəfindən dərc olunmayıb və bunu təsdiqləyən heç bir sübut da yoxdur: “Bunun əksini sübut etmək vəzifəsi qarşı tərəfin üzərinə düşür”.

Məhkəmə keçmiş baş həkimin iddiasını icraata götürüb baxmaqdan imtina edib. Qərara əsasən, iddia qanuna uyğun tərtib olunmayıb. Qarşı tərəfin təhqir və böhtana yol verməsi barədə sübutlar təqdim olunmayıb.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
bizimyol.info

1Mənbələr