Özbəkistan prezidenti Şavkat Mirziyoyev Rusiyada keçiriləcək Qələbə Günü şənliklərində iştirak etməyəcək.
Publika.az “Gazeta.uz” nəşrinə istinadla xəbər verir ki, Prezident Mirziyoyev Rusiyada Qələbə Günü şənliklərində getməkdən imtina edib.
Yeri gəlmişkən, 2018-ci ildən bəri ilk dəfə olaraq Moskvada Qələbə Günü paradı Orta Asiya ölkələrinin nümayəndələri olmadan keçiriləcək.
Kreml artıq 9 mayda Rusiya paytaxtına səfər etməyi planlaşdıran ölkələrin liderlərini açıqlayıb. İştirakçılar arasında Belarus, Malayziya, Laos, Slovakiya və Serbiya rəhbərləri var.