"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer iş yerini dəyişmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Məlumata görə, London təmsilçisinə 2023-cü ilin sentyabrında yetirməsi olduğu "Mançester Siti"dən transfer edilən Koul Mançester şəhəri üçün darıxır. Mənbə sözügedən oyunçunun hələ ötən ilin yayında "Mançester Yunayted"ə keçməyə yaxın olduğunu, "qırmızı şeytanlar"ın cari mövsümün sonunda da onu rənglərinə bağlamağa cəhd edəcəyini bildirib.
Xatırladaq ki, bu mövsüm "Çelsi"nin heyətində bütün turnirlərdə 27 matça çıxan Palmer 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat