AZ

Makronun növbəti uğursuz cəhdi: Ərdoğan imkan vermədi

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Bakı ilə danışıqlardan sonra Fransa Prezidenti Emmanuel Makrona Ermənistandan quru sərhədilə Türkiyəyə keçməsinə icazə verməyib.

Qeyd edək ki, mayın 3-5 arasında Makron İrəvanda səfərdə olub. Buradan Makron Ərdoğanla görüşmək adı ilə quru sərhədlə Türkiyəyə keçmək istəyib.

Lakin Ankara onun növbəti təxribatçı addımına imkan verməyib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Bakupost.az-a bildirib ki, belə hərəkətlər yolverilməzdir:

“Baxmayaraq ki, Makron Avropa ölkələrindən birinin prezidentidir. Ancaq Türkiyə ilə Ermənistan arasında quru sərhəd bağlı olduğundan, Makronun belə addımı mümkün olmadı”.

Deputatın sözlərinə görə, ola bilsin Makron həm Ermənistandakı Fransa tərəfdarları, həm də öz ölkəsindəki erməni tərəfdarların səsini almaq üçün belə addıma cəhd edib:

“Lakin aydın məsələdir ki, Türkiyə heç zaman bir nəfərə görə bağlı olan sərhədi açmaz. Fransa Prezidenti bunu nəzərə almalı idi. Əlbəttə tarix boyu Ermənistanla Türkiyə arasında sərhədlər bağlı olaraq qalmayacaq. Bu sərhəd ancaq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanandan sonra açılacaq və münasibətlər normallaşacaq”.

Rüfət Sultan, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
www.bakupost.az

1Mənbələr