AZ

Dövlət torpaq sahələrinin icarə haqqının müəyyənləşdirilməsi üçün əmsallar müəyyənləşib

Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi, habelə dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş dövlət torpaq sahələrinin illik icarə haqqı məbləğinin müəyyən edilməsində tətbiq ediləcək əmsallar müəyyənləşib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki,  Nazirlər Kabineti bu barədə qərar verib.

Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi, habelə dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş dövlət torpaq sahələrinin illik icarə haqqı məbləği torpağın bazar dəyərinin Bakı şəhəri üzrə 3 faizinə, ölkənin digər şəhər və rayonları üzrə 2 faizinə göstərilən əmsallar vurulmaqla müəyyən ediləcək.

Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi, habelə dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş dövlət torpaq sahələrinin illik icarə haqqı məbləğinin müəyyən edilməsində tətbiq edilən əmsallar

Torpaq sahəsinin ölçüsü

Əmsal

5000 kvadratmetrədək (5000 kvadratmetr daxil olmaqla)

1,0

5001–10000 kvadratmetr

5000 kvadratmetrədək (5000 kvadratmetr daxil olmaqla) - 1,0

5001 kvadratmetrdən yuxarı hissə (5001 kvadratmetr daxil olmaqla) - 0,8

10001–50000 kvadratmetr

5000 kvadratmetrədək (5000 kvadratmetr daxil olmaqla) - 1,0

5001–10000 kvadratmetr - 0,8

10001 kvadratmetrdən yuxarı hissə (10001 kvadratmetr daxil olmaqla) - 0,7

50001 kvadratmetrdən yuxarı

(50001 kvadratmetr daxil olmaqla)

5000 kvadratmetrədək (5000 kvadratmetr daxil olmaqla) - 1,0

5001–10000 kvadratmetr - 0,8

10001–50000 kvadratmetr - 0,7

50001 kvadratmetrdən yuxarı hissə (50001 kvadratmetr daxil olmaqla) - 0,5

 

Seçilən
0
6
fed.az

10Mənbələr