AZ

“Sabah”a çempionluq kubokunun təqdim olunacağı tarix müəyyənləşib

Bakı, 8 may, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün qalibi olan “Sabah” komandasına çempionluq kubokunun təqdim ediləcəyi tarix müəyyənləşib.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, paytaxt klubuna kubok və qızıl medalların mayın 17-də - Azərbaycan Premyer Liqasının XXXII turunun “Neftçi” ilə oyunundan sonra verilməsi planlaşdırılır.

Qeyd edək ki, “Sabah” tarixində ilk dəfə Azərbaycan çempionu olub. Komanda mövsümün başa çatmasına 3 tur qalmış 75 xalla turnir cədvəlinə başçılıq edir.

Seçilən
5
3
azertag.az

4Mənbələr