AZ

Gədəbəydə demoqrafik vəziyyət » AzadMedia.az


Gədəbəy Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2025-ci ildə gədəbəy rayonu üzrə əhalinin sayı 210 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il yanvar ayının 1-i vəziyyətinə 101443 nəfərə çatmışdır.

Gədəbəy rayonu əhalisinin 50,5 faizini kişilər, 49,5 faizini qadınlar, 14,3 faizini şəhər, 85,7 faizini isə kənd sakinləri təşkil edir. Rayon üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 82 nəfər olmuşdur.

Ötən il ərzində rayonda 990 nəfər doğulan körpə qeydə alınmış və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,9-dan 9,8-ə düşmüşdür.

2025-ci ildə rayon üzrə 738 nəfər ölüm halı qeydə alınmış və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 7,2-dən 7,3-dək artmışdır.

Keçən il ərzində rayon üzrə 428 nikaha daxilolma və 148 boşanma halları qeydə alınmış və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 4,2-ə düşmüş, boşananların sayı isə 1,3-dən 1,5-dək artmışdır.
Seçilən
4
3
azadmedia.az

4Mənbələr