AZ

Belarus Əmtəə Birjası Azərbaycan pambığını almaq niyyətindədir

Belarus Universal Əmtəə Birjası (BUƏB) Azərbaycan istehsalı olan pambıq lifinin alınmasına maraq göstərir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, BUƏB-nin xarici iqtisadi fəaliyyət idarəsinin rəisi Yaroslav Kovalçuk Bakıda keçirilən "Bizneslə açıq dialoq" seminarında çıxışı zamanı bildirib.

O qeyd edib ki, 2024-cü ildən 2026-cı ilin aprelinədək olan dövrdə Azərbaycan məhsulları üzrə sövdələşmələrin ümumi həcmi 1,6 milyon ABŞ dollarına çatıb:

"Tərəvəz, meyvə, quru meyvə və qoz-fındıqdan əlavə, biz Azərbaycandan pambıq lifi tədarükündə son dərəcə maraqlıyıq. Dünən bir sıra yerli istehsalçılarla tanış olmaq imkanımız olub. Əminik ki, Azərbaycan şirkətləri digər tədarükçülərə, ilk növbədə Mərkəzi Asiya tədarükçülərinə ciddi rəqabət təşkil edə bilər. Çünki Azərbaycan bazarında kifayət qədər güclü istehsalçılar mövcuddur. Əgər azərbaycanlı pambıq ipliyi istehsalçıları akkreditasiyadan keçib bizim ticarət platformamıza çıxsalar, onlar Belarus bazarında yüz faiz alıcı tapa biləcəklər". (Report)

Seçilən
15
fed.az

1Mənbələr