AZ

Polşa ABŞ əsgərlərinə elçi düşdü

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Almaniyadakı Amerika əsgərlərinin sayını azaltmağa qərar verərsə, Polşa bu əsgərləri qəbul etməyə hazırdır.

Bakupost.az xəbər verir ki, bu sözləri Polşa prezidenti Karol Navrocki deyib.

Prezident Polşada təxminən 10 min ABŞ əsgərinin yerləşdirildiyini xatırladıb və Almaniyadan çıxarılan hərbçilərin Avropada qalması üçün Trampın diqqətini çəkməyə çalışacağını söyləyib.

Xatırladaq ki, Almaniya kansleri Fridrix Merts ABŞ-nin İran siyasətinə qarşı çıxmışdı. Onun Trampı tənqid etməsi ABŞ prezidentinin sərt reaksiyasına səbəb olmuşdu. Tramp Almaniya kanslerinin nədən danışdığını bilmədiyini söyləmiş, yaxın zamanlarda bu ölkədəki ABŞ əsgərlərinin sayını azaldacağını bildirmişdi.

Bilal, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
www.bakupost.az

1Mənbələr