AZ

Qlobal əməkdaşlıq: Əfsanəvi supermodellər sosial mediada eksklüziv seçimlərini təqdim edir

ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Adriana Lima və Alessandra Ambrosio Trendyol ilə əməkdaşlığa başlayıb

Türkiyənin aparıcı

e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından

biri Trendyol əfsanəvi moda simaları Adriana Lima və Alessandra Ambrosio ilə

əməkdaşlığa başlayıb. Modellərin ümumilikdə 32 milyondan çox izləyicisi olan

sosial media auditoriyasına təqdim edilən eksklüziv kolleksiyalar qlobal moda

dünyasında böyük maraq yaradıb. Bu əməkdaşlıq "Trendyol”un Almaniya, Mərkəzi və

Şərqi Avropa, Körfəz ölkələri və Azərbaycan daxil olmaqla 36 ölkəni əhatə edən

qlobal inkişaf strategiyasını əks etdirir.

Dünyaya səs salan bu

kampaniya çərçivəsində moda dünyasının məşhur simaları Adriana Lima və Alessandra

Ambrosio "Trendyol”un geniş məhsul portfelindən

seçdikləri favorit parçaları izləyiciləri ilə bölüşərək öz fərdi üslub və moda

baxışlarını ön plana çıxarıblar.

Türkiyə, Almaniya, Mərkəzi

və Şərqi Avropa, Körfəz ölkələri və Azərbaycan daxil olmaqla 36 ölkədə

fəaliyyət göstərən Trendyol beynəlxalq mövqeyini yüksək səviyyəli

tərəfdaşlıqlar vasitəsilə daha da gücləndirir. Şirkət ötən il keçirilən "Əfsanəvi noyabr” kampaniyası çərçivəsində dünya

şöhrətli futbolçu Kriştianu Ronaldonun nişanlısı Corcina Rodrigez ilə də

əməkdaşlıq edib. Platformanın Körfəz ölkələrində keçirdiyi kampaniyanın sosial

media siması olan Rodrigez, "Trendyol”un geniş çeşidindən seçdiyi sevimli

məhsullarını 72 milyon izləyicisi ilə paylaşıb.

Adriana Lima və Alessandra

Ambrosio 2000-ci illərin əvvəllərindən etibarən podium dünyasının ən tanınmış

simaları sırasında yer alırlar. Braziliya əsilli Lima 1999-cu ildə "Victoria’s Secret Fashion Show”-da iştirak etdikdən sonra qlobal şöhrət

qazanıb, 19 dəfə "Mələk” kimi podiuma çıxıb və dünyanın aparıcı dəb

jurnallarının üz qabığında yer alıb. Karyerası boyunca o, moda sənayesinin ən nüfuzlu

nümayişlərində iştirak edib və demək olar ki, bütün aparıcı moda evlərinin

reklam kampaniyalarının siması olub.

Ambrosio isə "Victoria’s Secret” podiumunda ilk dəfə 2000-ci ildə çıxış edib

və Lima kimi bu şouda 19 dəfə iştirak edib. O, podium karyerası ilə yanaşı,

film və seriallarda da çəkilib. Ambrosio karyerası ərzində bir çox qlobal moda

brendlərinin reklam kampaniyalarında yer alıb və onların siması kimi çıxış

edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
3
qaynarinfo.az

4Mənbələr