AZ

iPhone u heç vaxt yeniləməsəniz, nə baş verər? Ekspertlərdən xəbərdarlıq

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Bir çox "iPhone" istifadəçisi yaddaş çatışmazlığı və ya yeni iOS versiyalarında mümkün xətalar səbəbilə yeniləmələri gecikdirir. Lakin ekspertlər xəbərdarlıq edir: yeniləmələrdən tam imtina ciddi problemlərə gətirib çıxara bilər – təhlükəsizlik boşluqlarından tutmuş tətbiqlərin işləməməsinə qədər.Demokrat.az xəbər verir ki, BGR portalının yazdığına görə, "Apple" hər il payızda böyük iOS yeniləmələri, ilboyu isə təhlükəsizlik yamaqları və xətaların düzəldilməsi üçün yeniləmələr təqdim edir. Bu yeniləmələrin həcmi 7–16 GB-a qədər çata bilər, buna görə istifadəçilər çox vaxt cihazda yer boşaltmalı olurlar.Buna baxmayaraq, ekspertlər yeniləmələri görməzdən gəlməyi məsləhət görmürlər. Onların sözlərinə görə, yeniləməsiz "iPhone" zamanla həm daha az qorunur, həm də funksionallığının bir hissəsini itirir.Hər iOS yeniləməsi aşkar edilmiş təhlükəsizlik boşluqlarını bağlayır. Zaman keçdikcə kibercinayətkarlar yeni hücum üsulları tapır və müasir yamaqlar olmadan cihaz daha asan hədəfə çevrilir.Mütəxəssislər qeyd edir ki, köhnəlmiş iOS versiyası kiberhücumlar, məlumat sızmaları və zərərli proqramlara qarşı riski artırır. Bu, artan kibercinayətkarlıq fonunda xüsusilə aktualdır.Təhlükəsizlikdən əlavə, iOS yeniləmələri yeni funksiyalar və optimallaşdırmalar gətirir. Məsələn, bəzi versiyalar yeni emojilər, klaviatura təkmilləşdirmələri, eləcə də interfeys və sistem dəyişiklikləri təqdim edir. Yeniləmədən imtina edən istifadəçilər bu imkanlardan məhrum qalır.Böyük yeniləmələr isə daha geniş dəyişikliklər ehtiva edir: interfeys yenilənməsi, “Apple Intelligence” funksiyaları, kilid ekranının təkmilləşdirilməsi və "Safari" brauzerində dəyişikliklər kimi.Digər problem isə tətbiqlərin uyğunluğudur. Tərtibatçılar tədricən köhnə iOS versiyalarına dəstəyi dayandırır, bu da bir neçə ildən sonra bəzi tətbiqlərin işləməməsinə və ya qeyri-sabit işləməsinə səbəb ola bilər.Bundan əlavə, köhnə sistem cihazın ümumi performansına və tətbiqlərin sabitliyinə də mənfi təsir göstərə bilər.Niyə "iPhone" yeniləmədən sonra yavaşlayır?İnternetdə yayılmış fikirə görə, yeni iOS versiyaları köhnə cihazları qəsdən yavaşladır. Lakin ekspertlərin fikrincə, yeniləmədən sonra müşahidə edilən yavaşlama çox vaxt müvəqqəti olur və sistemin yenidən indekslənməsi ilə bağlıdır.Bəzi hallarda isə istifadəçilər yeniləmədən sonra səhvlər, isinmə və batareyanın daha tez boşalması kimi problemlər yaşaya bilirlər.Bununla belə, mütəxəssislər əksər istifadəçilər üçün yeniləmələrdən tam imtinanın düzgün seçim olmadığını bildirirlər. Ən azı təhlükəsizlik yamalarının mütəmadi quraşdırılması tövsiyə olunur.Jalə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
demokrat.az

1Mənbələr