AZ

Gündə neçə alma yemək olar?

"Sağlamlığa zərər vermədən gündə iki alma yemək olar".

Ölkə.az Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə rusiyalı həkim həkim-endokrinoloq, diyetoloq Anton Polyakov sağlamlığa zərər vermədən gündə nə qədər alma yeməyin mümkün olduğunu açıqlayıb.

Dietoloq gündə maksimum iki alma ilə kifayətlənməyi tövsiyə edib.

“Bir qəbulda bir və ya iki alma indiyədək heç kimə zərər verməyib. Təxminən bu qədər yemək olar”, - deyə o bildirib.

O əlavə edib ki, keyfiyyətli alma seçmək vacibdir. Onun sözlərinə görə, nitrat tərkibli meyvələr orqanizmə zərər vura bilər.

Həkim həmçinin qeyd edib ki, mədə-bağırsaq problemi və almaya qarşı dözümsüzlüyü olan şəxslərə bu meyvədən uzaq durmaq tövsiyə olunur.

Həmidə İbrahimova

Seçilən
21
2
olke.az

3Mənbələr