AZ

Almaniyada bankda girov götürüblər

Almaniyanın Sinziq şəhərində (Reynland-Pfalts torpağı) polis Volksbank filialında baş verən girov hadisəsindən sonra genişmiqyaslı əməliyyat keçirir.

Oxuməni.az xəbər verir ki, bu barədə “Tagesschau” qəzeti məlumat verib.

"Hazırda Sinziqdə böyük bir polis əməliyyatı keçirilir. Şəhər mərkəzindəki Volksbank filialında girov hadisəsinin baş verdiyi deyilir", - qəzet bildirib.

Hüquq-mühafizə orqanları şəhər mərkəzini tamamilə mühasirəyə alıb. Agentlik mühasirəyə alınmış ərazidən kənarda yaşayan sakinlər üçün heç bir təhlükə olmadığını açıqlayıb.

Polis bank binasında bir neçə cinayətkar və girov ola biləcəyini bildirib. İlkin məlumatlara görə, saxlanılanlardan biri nağd pul daşıyan nəqliyyat vasitəsinin sürücüsüdür.

Almaz Həsənli

Seçilən
14
1
oxumeni.az

2Mənbələr