AZ

FIFA Hakimlər Komitəsi siyahıda dəyişiklik edib

FIFA Hakimlər Komitəsi 2026-cı il dünya çempionatı öncəsi hakim siyahısında dəyişiklik edib.
Yenicag.az xəbər verir ki, 33 yaşlı fransalı hakim Villli Delajo videohakimlər siyahısına əlavə edilib.
Bu dəyişiklikdən sonra, FIFA-ya üzv 50 assosiasiyanı təmsil edən 52 baş hakim, 88 köməkçi hakim və 31 videohakimin 2026-cı il dünya çempionatının oyunlarını idarə etməsi gözlənilir.
Bildirilib ki, hakimlər mayın sonunda keçiriləcək təlim-məşq toplanışı üçün ABŞ-nin Mayami şəhərinə yollanacaqlar.
Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq./report/
Seçilən
22
2
yenicag.az

3Mənbələr