Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
Uşaqların son dövrlərdə əlindən düşürmədiyi yumşaq, stres azaldan oyuncaqlar rəqəmsal mühitdə yayılan təhlükəli bir trend səbəbilə evlərdə ciddi risk yaratmağa başlayıb. Demokrat.az xəbər verir ki, sosial media platformalarında sürətlə yayılan və zərərsiz bir təcrübə kimi təqdim edilən paylaşımlar azyaşlıları bu oyuncaqları mikrodalğalı sobaya qoymağa yönləndirir.Lakin “daha yumşaq və elastik oyuncaq” əldə etmək məqsədilə sobanı işə salan uşaqlar saniyələr içində ağır nəticələr doğura biləcək partlayışla üzləşir. Xüsusilə içi jel dolu rezin oyuncaqlar istiliyə məruz qaldıqda təzyiq artımı ilə adeta bomba kimi partlayır.Böyük Britaniyada yaşayan bir ananın yaşadığı hadisə vəziyyətin ciddiyyətini ortaya qoyub. Cəmi 30 saniyə mikrodalğada qalan oyuncağın partlaması nəticəsində 10 yaşlı qız uşağının üzündə ciddi yanıq izləri yaranıb. Ana bildirib ki, oyuncağın xarici görünüşü içəridəki mayenin nə qədər qızdığını göstərməyib. Həkimlərin sözlərinə görə, uşağın üzündə qalıcı izlərin qalma ehtimalı yüksəkdir və uzunmüddətli günəş qorunmasına ehtiyac olacaq.Mikrodalğalı sobaların obyektləri çox sürətli və gözlənilməz şəkildə qızdırdığına diqqət çəkən təhlükəsizlik mütəxəssisləri bu cihazların heç bir halda oyun məqsədilə istifadə edilməməli olduğunu vurğulayır.Tibb mütəxəssisləri isə daha ciddi xəbərdarlıqlar edir. Oyuncaqların daxilindəki plastik və kimyəvi maddələr istilik təsiri ilə genişlənərək ani partlayışa səbəb olur və qaynar jel ətrafa yayılır. ABŞ-ın Missuri ştatında baş verən başqa bir hadisədə 7 yaşlı Scarlett adlı uşağın üz və sinə nahiyəsinə yapışan qaynar maddə onun nəfəs yollarının şişməsinə səbəb olub. Həkimlər uşağın həyatını xilas etmək üçün onu süni komaya salıblar.Artan hadisələrdən sonra oyuncaq istehsalçıları məhsulların heç bir halda qızdırılmaması, dondurulmaması və mikrodalğalı sobaya yerləşdirilməməsi barədə xəbərdarlıqları gücləndirib. “TikTok” kimi böyük platformalar isə bu təhlükəli məzmunların qaydaları pozduğu üçün silindiyini açıqlayıb. Lakin rəqəmsal məkanın sürətli yayılma tempi çox vaxt nəzarət mexanizmlərini üstələyir.Mütəxəssislər valideynlərin uşaqlarla bu tip sosial media trendləri barədə açıq şəkildə danışmasının vacibliyini bildirir. Uşaqların marağı və sosial mediada yayılan riskli çağırışlar birləşdikdə geri dönüşü olmayan xəsarətlər yarana bilər. Təkcə jel oyuncaqlar deyil, mikrodalğalı sobaya uyğun olmayan hər bir əşya evdə ciddi partlayış və yanğın riski daşıyır.Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.