ain.az, Redaktor.az saytına istinadən bildirir.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İranın raket ehtiyatları və buraxılış imkanları ilə bağlı yanlış məlumat yaydığı bildirilib.
Redaktor.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi sosial media platforması X-də paylaşım edib.
Nazirin sözlərinə görə, İranın raket ehtiyatları və buraxılış qurğularının imkanları ilə bağlı səsləndirilən rəqəmlər həqiqəti əks etdirmir.
“İranın raket ehtiyatları və buraxılış qurğularının imkanları 28 fevralla müqayisədə 75 faiz səviyyəsində deyil, düzgün rəqəm 120 faizdir. Xalqımızı müdafiə etməyə hazırlığımız isə 1000 faizdir”, – deyə Əraqçi vurğulayıb.
İran XİN rəhbəri əlavə edib ki, diplomatik həll imkanları gündəmə gəldiyi zaman ABŞ “düşünülməmiş hərbi avantüralara” əl atır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.