AZ

Sərnişin mikroavtobusu minaya düşdü

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Nigeriyanın Zamfara ştatında yola döşənmiş minanın partlaması nəticəsində 6 nəfər həyatını itirib, 8 nəfər yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, Zamfara ştatındakı Bageqa-Anka avtomobil yoluna döşənmiş mina sərnişin daşıyan mikroavtobusun keçidi zamanı partlayıb.

Hücuma görə hələlik heç kim məsuliyyəti üzərinə götürməyib.  Nigeriya uzun müddətdir ki, ölkənin müxtəlif yerlərində silahlı dəstələrin, eləcə də "Boko Haram" və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP-ın hücumları ilə üzləşir.

Ölkədə adam oğurluğu ölüm cəzası ilə cəzalandırılsa da, fidyə müqabilində adam oğurluğu halları tez-tez baş verir. Silahlı şəxslər tez-tez kəndləri, məktəbləri və səyahətçiləri hədəfə alaraq, fidyə tələb edirlər.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
cebheinfo.az

2Mənbələr