AZ

“İranda gizli edamlar gündəlik hal alıb” The Guardian

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

İranda demək olar ki, hər gün gizli şəkildə ölüm hökmləri həyata keçirilir.

Bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Hesabatda qeyd olunur ki, bir çox hallarda edamlar barədə məlumat ailələrə yalnız prosesdən sonra verilir, bəzi vəziyyətlərdə isə yaxınlara cəsədlərin təhvil verilməsinə də icazə verilmir.

Norveçdə yerləşən İran İnsan Haqları təşkilatının məlumatına əsasən, mart ayından bu yana ən azı 24 nəfər asılıb, onlardan 6 nəfərin isə yalnız iki gün ərzində edam edildiyi bildirilir.

Məlumatda qeyd olunur ki, yanvar ayında baş verən etirazlarla bağlı həbs edilən yüzlərlə şəxsin və müharibə dövründə “casusluq” ittihamı ilə saxlanılan məhbusların ölüm hökmü riski ilə üzləşə biləcəyi barədə narahatlıqlar artır. 

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
azpolitika.info

1Mənbələr