ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
“Qalatasaray”da Lukas Torreira dönəmi başa çatır. Uruqvaylı ulduz futbolçunun ayrılığı ilə bağlı mühüm detal ortaya çıxıb.Demokrat.az xəbər verir ki, “sarı-qırmızılar”ın heyətində çoxsaylı uğurlar və çempionluqlar qazanan Lukas Torreyranın yay transfer dönəmində komandadan ayrılması gözlənilir.Futbolçu daha əvvəl verdiyi müsahibələrdə “Boka Xuniors”da oynamaq istədiyini bildirmişdi. Məlumata görə, Torreyra Cənubi Amerikaya qayıtmaq niyyətindədir.“El Crack Deportivo” nəşri bu barədə belə yazıb: "Boka Xuniors"un prezidenti Xuan Roman Rikelme transfer dönəmində bəzi futbolçuları göndərə bilər. O, həmin boşluğu Lukas Torreyranı transfer etməklə doldurmağı düşünür. Torreyra dəfələrlə "Boka Xuniors" formasını geyinmək arzusunu ifadə edib. Rikelme, Delqadonun mümkün satışından sonra bu variantı ciddi şəkildə nəzərdən keçirir".Məqalədə qeyd olunur ki, bir neçə həftə əvvəl Torreyra Türkiyədə qalacağını təsdiqləmişdi. Lakin “Boka Xuniors” yay transfer pəncərəsində futbolçunu razı salmaq və keçidi reallaşdırmaq üçün danışıqlar aparacaq.Bundan əlavə, xəbərdə bildirilir ki, Torreyra ailə səbəblərinə görə Cənubi Amerikaya dönmək istəyir. Onun adı “Atletiko Mineyro” ilə də hallansa da, hazırda “Boca Juniors” bir addım öndə görünür.Nəşrin məlumatına görə, uruqvaylı yarımmüdafiəçi 1 iyuldan etibarən yeni komandasında çıxış etməyi planlaşdırır və həm “Qalatasaray” rəhbərliyini, həm də özünü razı sala biləcək klubun formasını geyinəcək.Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.