AZ

Damla — Ailəsinin Sevinc Çiçəyi » AzadMedia.az


"Bu gün gözəlliyi, mehribanlığı və saf qəlbi ilə hər kəsin sevgisini qazanan gözəl qızımız Damla haqqında ən xoş sözləri demək istəyirik.
Əziz Damla, sən ailənin ən dəyərli incisisən. Atan Aydın üçün qürur mənbəyi, əmilərin Röyal və Xəlil üçün sevinc, baban Kamil və nənən Qönçə üçün isə həyatın ən gözəl hədiyyəsisən.
Sənin gülüşün evə işıq saçır, mehribanlığın isə hər kəsin qəlbini isidir. Uşaqlıq saflığın, gözəl davranışın və şirin danışığın səni tanıyan hər kəsin sevgisini qazanıb. Qoy həyatın həmişə sevinc, uğur və xoşbəxtliklə dolu olsun.
Arzu edirik ki, gələcəyin parlaq, qəlbin daim sevgi dolu olsun. Hər zaman üzündən təbəssüm əskik olmasın, arzuların bir-bir gerçəkləşsin. Sən ailənin fəxri, yaxınlarının ən əzizisən.
Sevgi və hörmətlə — ailən".
Azadmedia.az kollektivi də Damlanı təbrik edir, uğurlar arzulayır.
Seçilən
4
1
azadmedia.az

2Mənbələr