AZ

Canan Karatay ən faydalı türk yeməyini açıqladı FOTO

Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Daxili xəstəliklər və kardiologiya üzrə mütxəsəsis, professor Canan Karatay Türkiə mətbəxinə məxsus ən sağlam yeməyi açıqlayıb.

Ölkə.Az xəbər verir ki, o, düzgün hazırlandıqda içli küftənin ən faydalı yemək olduğunu söyləyib.

Karatay ənənəvi reseptlərin balanslı pəhrizin bir hissəsi hesab edilə biləcəyini vurğulayaraq, qızartmaq əvəzinə qaynatmağın daha sağlam bir seçim təklif etdiyini bildirib.

Mütəxəssislər, yeməyin sağlam olub-olmadığını müəyyən edən ən vacib amillərdən birinin onun bişirmə üsulu olduğunu qeyd edirlər. Qızartma kalori və yağ miqdarını artırır, qaynatma və ya bişirmə kimi üsullar isə daha balanslı və sağlam nəticələr verir.

Buna görə də, ənənəvi yeməklərin hazırlanma üsulu onların qida dəyərinə birbaşa təsir edən mühüm amil kimi ön plana çıxır.

Qeyd edək ki, içli küftə yarmanın xəmir halına gətirilərək içinin doldurulması ilə hazırlanan ənənəvi Anadolu yeməyidir. Küftənin içi qıyma, quyruq yağı, soğan, cəfəri və ədviyyatlar ibarət qarışıqla doldurulur. Bundan sonra qaynadılaraq və qızardılaraq bişirilir.

Billurə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
olke.az

2Mənbələr