AZ

Peskovdan SON DƏQİQƏ açıqlaması: “İlk addımı biz atmayacağıq”

Rusiya Avropa ilə dialoqa hazırdır, lakin bunu özü başlatmayacaq.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

"Biz bu dialoqda avropalıların hazır olduğu qədər irəli getməyə hazırıq. Lakin prezident Putinin dəfələrlə qeyd etdiyi kimi, Avropanın tutduğu mövqedən sonra bu cür təmasları özümüz təşəbbüs etməyəcəyik", - deyə Peskov vurğulayıb.

Kreml rəsmisi Avropa İttifaqı Şurasının sədri Antoniu Koştanın Aİ ölkələri ilə Rusiya arasında gələcək danışıqlar mövzusunu müzakirə etməsi barədə bəyanatını şərh edərkən bildirib ki, Rusiya münasibətlərin kəsilməsində günahkar deyil:

"Putin hər kəslə danışıqlara hazırdır və bunu dəfələrlə deyib. Münasibətlərimizin sıfıra enməsinin təşəbbüskarı Rusiya tərəfi olmayıb. Bunun təşəbbüskarı məhz Brüssel və ayrı-ayrı Avropa paytaxtlarıdır".

Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr