AZ

İnstaqramdansa TikTok təmizlənsin

ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə izləyici sayının azalması ilə bağlı açıqlama verib.

Axşam.az xəbər verir ki, sənətçi izləyicilərinin azalmasından narahat olmadığını bildirib və bunun səbəbini platformada aktiv olmayan profillərin silinməsi ilə əlaqələndirib. O, profilində istifadəçi sayını saxta yolla artırması iddialarına cavab verib: 

"Baxıram ki, instaqramda izləyicilərim gedib. Düşünürəm ki, mən nə etdim? Bunlar saxta izləyici deyil, heç onu necə edirlər bilmirəm. Sadəcə kiminsə profili ya bağlanıb, ya da istifadə olunmayıb, parolu unudulub, kimsə ölüb. Belə hesablar silinib. Bu səbəbdən mənim də təxminən 43 min izləyicim azalıb. 749 min idi, 706 min qalıb. Təki itirəcəyimiz belə şeylər olsun, dostları, dəyərli insanları itirməyək. Təmizlik imandan gəlir. İnstaqram bir az, TikTok isə ümumiyyətlə təmizlənməlidir. Bu problem deyil".

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
2
axsam.az

3Mənbələr