AZ

Nazir müavini Şabranda vətəndaşların müraciətlərini dinləyib

Yazını böyüt
Yazını kiçilt

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev mayın 8-də Şabran rayonunda Şabran və Siyəzən rayonlarının sakinlərin müraciətlərini dinləyib.

Bu barədə hafta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.

Hidayət Abdullayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

Görüş zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Seçilən
2
3
hafta.az

5Mənbələr