AZ

“İri ağacların budanması və götürülməsi mexanizmləri sadələşdirilməlidir” DEPUTAT

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Yaşayış məntəqələrində təhlükə yaradan və hərəkətə mane olan iri ağacların budanması və götürülməsi üzrə razılaşdırma mexanizmlərinin sadələşdirilməsi vacib məsələlərdən biridir”.

Gununsesi.info bildirir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deyib:

“Vətəndaşların xüsusi mülkiyyətində olan yaşıllıqlarla bağlı hüquqlarının daha aydın tənzimlənməsi, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqlarda zamanla formalaşmış iri gövdəli meşə cinsli ağac massivlərinin torpaqların məqsədli istifadəsinə yaratdığı maneələrin aradan qaldırılması xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, əsaslandırılmış müraciətlər əsasında həmin ağacların qanunvericilikdə müəyyən edilmiş qaydada götürülməsinə icazə verilməsi mexanizminin tətbiq edilməsi və nəzarətsiz mal-qara təsirlərinə qarşı məsuliyyət tədbirlərinin sərtləşdirilməsinin qanun layihəsində nəzərə alınması, qanunun tətbiqinin səmərəliliyinin daha da artırılmasına imkan yaradar.

Hesab edirəm ki, bu qanun layihəsi torpağın təyinatı üzrə istifadəsini hüquqi müstəvidə tənzimləyir, kənd təsərrüfatı istehsalçılarının fəaliyyəti üçün münbit şərait yaradır və nəticə etibarilə ölkəmizin ərzaq təhlükəsizliyini gücləndirir”.

Afət

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
icma.az

1Mənbələr