AZ

Hansı daha çox qazandırır Bank faizi, yoxsa mənzil

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir iqtisadi şəraitdə investisiya seçimləri ilə bağlı yanaşmalar dəyişir. İnvestisiya strategiyaları üzrə mütəxəssis Aleksandr Baxtinin apardığı müqayisə göstərir ki, ənənəvi olaraq etibarlı hesab edilən daşınmaz əmlak bazarı artıq əvvəlki qədər gəlirli görünmür. Belə ki, bank əmanətlərinin (depozitlərin) gəlirliliyi bəzi hallarda mənzil alıb kirayəyə verməkdən daha yüksək qiymətləndirilir. Üstəlik, kirayəçi tapmaq, təmir və əlavə xərclərlə məşğul olmaq kimi çətinliklər fonunda depozitlər daha rahat və risksiz seçim kimi önə çıxır.Demokrat.az-a danışan iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, bəzi ölkələrdə bank faizləri daha yüksək olur:“Bu səbəbdən əmlakın dəyər artımında marjalar nisbətən aşağı olur. Digər tərəfdən, əmlaka tələbin yüksək olduğu ölkələrdə isə qiymət artımı daha sürətli müşahidə edilir. Bu gün əmlak qiymətlərinin artımı həm inkişaf etmiş ölkələrdə, həm də bizim kimi ölkələrdə daha qabarıq şəkildə görünür. Bu, əsasən əhalinin artım tempi ilə yanaşı, insanların iqtisadi təfəkkürü ilə də bağlıdır. Məsələn, bəzi ölkələrdə insanlar kirayədə yaşamağa üstünlük verir, bizdə isə daha çox şəxsi mənzil sahibi olmaq istəyi üstünlük təşkil edir. Hazırda bank depozitləri, məsələn, illik 8-10% gəlir təklif edirsə, əmlak qiymətlərinin artımı son müşahidələrə görə illik 25-30% civarındadır. Bu isə göstərir ki, əmlaka yatırılan vəsait daha yüksək gəlir gətirə bilər. Sabitlik məsələsinə gəldikdə isə bank depozitləri müəyyən mənada sabit gəlir hesab olunur. Lakin bu gəlir, əsasən, inflyasiyanın təsirini azaltmağa xidmət edir. Yəni, inflyasiya 8-10% olduqda depozit gəlirləri daha çox pulun dəyərsizləşməsinin qarşısını almağa kömək edir”.O qeyd edib ki, ən effektiv investisiya iqtisadiyyata yönələn aktiv sərmayələrdir:“Buna istehsal, ticarət və kommersiya sahələrinə qoyulan investisiyalar misal çəkmək olar. Bununla yanaşı, daşınmaz əmlaka investisiya da yüksək gəlir əldə etməyə imkan verir. Mənzillərin kirayəyə verilməsi isə passiv gəlir mənbəyi kimi çıxış edir. Bizdə iqtisadi alətlər məsələn, səhm və qiymətli kağızlar bazarının yetərincə inkişaf etməməsi səbəbindən insanların əsasən iki seçimi qalır. Buna bank depozitləri və ya əmlaka investisiya aiddir. Bu da öz növbəsində əmlak qiymətlərinin ciddi artımına təsir göstərir. Digər tərəfdən, banklar da hər zaman tam sabit və risksiz investisiya aləti hesab olunmur. Bəzi hallarda bankların bağlanması və ya digər problemlər baş verə bilir. Bu baxımdan daşınmaz əmlak daha sabit və nisbətən təhlükəsiz investisiya vasitəsi kimi qiymətləndirilir”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
demokrat.az

1Mənbələr