AZ

ABŞ ın gəmiyə zərbəsi nəticəsində 10 iranlı dənizçi yaralanıb

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gecə saatlarında ABŞ-ın Oman körfəzi yaxınlığında mülki gəmiyə endirdiyi zərbə nəticəsində azı 10 iranlı dənizçi yaralanıb, 5-i isə itkin düşüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Minab dairəsinin rəhbəri Məhəmməd Radmehr məlumat verib.

Mehr agentliyi onun sözlərindən sitat gətirir:

"Ötən gecə amerikalıların Hörmüz boğazı və Oman körfəzi sularındakı təcavüzkar hərəkətləri zamanı bir yük gəmisi hücuma məruz qalıb və Minab dairəsi yaxınlığında yanmağa başlayıb. 10 yaralı dənizçi xəstəxanaya çatdırılıb, istintaq orqanları isə digər dənizçilərin taleyini müəyyənləşdirməyə çalışır".

Radmehrin sözlərinə görə, gəmidə ümumilikdə 15 ekipaj üzvü olub.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
icma.az

2Mənbələr