AZ

Gürcüstanda hüquq mühafizə orqanlarının 5 əməldaşı həbs olunub

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tbilisi, 8 may, AZƏRTAC

Ötən ilin noyabr-dekabr aylarında Gürcüstanda baş verən zorakı mitinqlər zamanı konkret şəxslərə qarşı zorakılıq ittihamı ilə hüquq-mühafizə orqanlarının 5 nümayəndəsi həbs edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze məlumat verib.

“Dövlət konstitusiya quruluşunu dəyişdirmək üçün zorakı cəhdlərlə üzləşməli olsaq belə, Avropa və Amerika standartlarından daha yüksək standartlarla, daha yüksək insanlıq standartları ilə hərəkət etməliyik”, - deyə o vurğulayıb.

Hökumət başçısı deyib ki, bu fakt həm də hüquq-mühafizə orqanları arasında koordinasiyanın xüsusi əhəmiyyətini təsdiqləyir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
azertag.az

2Mənbələr