AZ

Ödəniş kartları ilə bağlı fırıldaqçılıq 5 dəfə artıb 3 ayda 1,4 milyon manat çıxarılıb

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu ilin ilk rübündə Azərbaycanda ödəniş kartları ilə bağlı ölkədaxili 4 995 fırıldaqçılıq əməliyyatı qeydə alınıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilir ki, həmin halların ümumi məbləği 1 milyon 350,5 min manat təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədaxili fırıldaqçılıq hallarının sayı 5 dəfə, məbləği isə 3,1 dəfə artıb.

Hesabat dövründə ölkəxarici əməliyyatlar üzrə də artım müşahidə olunub. Belə ki, xaricdə qeydə alınan fırıldaqçılıq hallarının sayı 64,1 % artaraq 6 020-yə çatıb. Bu əməliyyatlar nəticəsində dəyən zərər isə 73,1 % yüksələrək 325,3 min manat olub.

Bildirilir ki, ölkədaxili fırıldaqçılıq hallarının 21,4 %-i hesabların ələ keçirilməsi ilə bağlı olub. Digər 78,6 % isə müxtəlif digər üsullarla həyata keçirilib. Xarici əməliyyatlarda isə halların 60,2 %-i kartın fiziki iştirakı olmadan baş verib, 39,8 %-i isə digər kateqoriyalara aid edilib.

Mərkəzi Bankın açıqlamasına əsasən, yanvar-mart aylarında ölkədaxili fırıldaqçılıq hallarının 98,3 %-i elektron ticarət və mobil tətbiqlər üzərindən törədilib. Ölkəxarici əməliyyatlarda isə bu göstərici 80,6 % təşkil edib. Qalan hallar digər üsullarla qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
2
yeniavaz.com

4Mənbələr