AZ

Hantavirus aşkarlanan gəmidə o da olub: Tanınmış YouTuber Ruhi Çenet karantində

Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"MV Hondius" kruiz gəmisində 3 nəfərin ölümünə səbəb olan Hantavirus virusu dünyanı həyəcanlandırıb.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, gəmidə 24 gün keçirən tanınmış YouTuber Ruhi Çenet, İstanbuldakı evində özünü karantinə aldığını açıqlayıb.

Lakin Çenetin karantindən cəmi 5 gün əvvəl Çatalcada kütləvi toy məclisinə qatılması sosial mediada kəskin narazılıq yaradıb.

Ümumdünya Səhiyyə Təşkilatı virusun gizli dövrünün 6 həftəyə qədər çəkə biləcəyi barədə xəbərdarlıq edərək, yoluxma riskinin hələ də yüksək olduğunu bildirib.

Xatırladaq ki, Çenet pandemiya dövründə də Çinin karantin bölgələrinə gedərək bənzər tənqidlərlə üzləşmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
lent.az

1Mənbələr