Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyaya səfəri çərçivəsində Milano- Bikokka Universitetini ziyarət edib. Nümayəndə heyətində elm və innovasiyalar üzrə prorektor Subhan Namazov və Tədqiqat, inkişaf və reputasiya departamentinin direktoru Bəxtiyar Badalov təmsil olunub.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, Milano- Bikokka Universitetinin rektoru Marko Emilio Orlandi və universitet nümayəndələri ilə keçirilən müzakirələr zamanı iki ali təhsil müəssisəsi arasında akademik əlaqələrin inkişafı, birgə elmi-tədqiqat təşəbbüsləri, ikili diplom proqramları və beynəlxalq əməkdaşlıq mexanizmləri nəzərdən keçirilib.
Həmçinin tələbə və müəllim mübadiləsinin təşviqi, ortaq layihələrin hazırlanması və innovasiya yönümlü fəaliyyətlərin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüş çərçivəsində AzTU nümayəndələri Milano- Bikokka Universitetinin infrastrukturu və kampus imkanları ilə də tanış olub.
Sonda tərəflər qarşılıqlı əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.



Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.