Ukrayna prezidenti Volodimir Zelenski sabah Moskvada baş tutacaq bayram tədbirlərinin (Paradın) sakit keçəcəyinə dair heç bir vəd verməyib.
Musavat.com xəbər verir ki, dövlət başçısı Ukrayna ordusunun Rusiya tərəfinin addımlarına adekvat cavab verəcəyini diqqətə çatdırıb.
Prezident Zelenski mövzu ilə bağlı açıqlamasında bildirib: "Sabah bu gün eşitdiklərimizdən asılıdır. Güzgü effekti ilə hərəkət edirik. Dünən Rusiyanın hava hücumlarına cavab verdik".
Ukrayna lideri vurğulayıb ki, qarşı tərəfin istənilən təxribatı cavabsız qalmayacaq.
Musavat.com