AZ

10 hektar torpaq sahəsinin icarəhaqqı 10 mindən 6 200 manata düşür...

Bundan sonra Azərbaycanda iri torpaq sahələrinin icarəsi üçün güzəştli əmsallar tətbiq olunacaq.

Publika.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) istinadən xəbər verir.

Xatırladaq ki, Nazirlər Kabinetinin bugünki qərarı ilə "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"də dəyişiklik edilib. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin illik icarəhaqqı məbləğinə güzəştli əmsallar tətbiq olunacaq.

Dəyişikliyin əsas məqsədi iri ölçülü dövlət torpaq sahələrinin icarəsi zamanı sahibkarların və investorların maliyyə yükünü azaltmaq, investisiya mühitini genişləndirmək və xüsusilə böyük ölçülü dövlət torpaqlarının iqtisadi dövriyyəyə cəlb olunmasını stimullaşdırmaqdır.

Yeni mexanizmdə mövcud baza yanaşması saxlanılır. Belə ki, Bakı şəhəri üzrə icarə haqqı torpağın bazar dəyərinin 3 %-i, ölkənin digər şəhər və rayonları üzrə isə 2 %-i qədər müəyyən edilir.

Seçilən
5
3
publika.az

5Mənbələr