AZ

Samir Abasova xəbərdarlıq, “Zirə” və “Sabah” cərimələndi

futbolpress-az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın IV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Sabah” – “Sumqayıt” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 51.2);

“Sabah” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov intizam qaydalarını pozduğuna görə Samir Abasova xəbərdarlıq edilir (maddə 11);

“Sabah” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Sumqayıt” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

“Zirə” – “Şamaxı” oyunu bitdikdən sonra “Zirə” komandası AFFA nümayəndəsinin tələblərinə əməl etmədiyinə görə “Zirə” klubu 2000 manat cərimə edilir (maddə 73.3);

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
futbolpress.az

1Mənbələr