Roma Papası XIV Leo "Leone a Roma" adlı sənədli filmin çəkilişləri zamanı geyimindəki gözlənilməz detalla hər kəsi təəccübləndirib.
Publika.az "Famous Campaigns" portalına istinadən xəbər verir ki, əslən Çikaqodan olan Roma Katolik Kilsəsinin rəhbəri çəkiliş meydançasında ənənəvi dini libasda (roba) və "Nike" brendinə məxsus ağ idman ayaqqabılarında görüntülənib.
Roma yepiskopunun bu seçimi sosial şəbəkələrdə əsl "fırtına" qoparıb. Heyran qalan istifadəçilər sənədli filmdən olan kadrları kütləvi şəkildə paylaşmağa başlayıblar. Bir çoxları XIV Leonu məşhur aktyor Cud Lounun baş rolda oynadığı "Gənc Papa" serialındakı obraza bənzədiblər.
Müəllif: Adəm