Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) UNO və izaholunmayan anomal hadisələrlə bağlı yeni məxfilikdən çıxarılmış sənədləri yayımlayıb.
Axşam.az xəbər verir ki, açıqlanan materiallarda naməlum uçan obyektlərlə bağlı foto, video, şahid ifadələri və müxtəlif dövlət qurumlarının hesabatları yer alıb.
Pentaqon bildirib ki, sənədlərin açıqlanması Prezident Donald Trampın maksimum şəffaflıq təşəbbüsü çərçivəsində həyata keçirilir və ictimaiyyət yayımlanan materiallarla bağlı nəticəni özü çıxara bilər.
İlk mərhələdə yayımlanan 162 sənəd arasında NASA missiyalarına aid transkriptlər, FBI sənədləri və Dövlət Departamentinin arxiv materialları da var. Sənədlərdə Ay səthindən çəkilmiş fotoda səmada üçbucaq formasında parlaq işıqların göründüyü qeyd olunur. Həmçinin ABŞ hərbi pilotlarının naməlum obyektlərlə bağlı müşahidələri də arxivə daxil edilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.