AZ

"Real" dalaşan futbolçuları 500 min avro cərimələdi

"Real" ötən gün komandanın məşqindən sonra dalaşan futbolçular - Federiko Valverde və Orelyen Çuameni ilə bağlı qərar verib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hər iki oyunçu 500 min avro məbləğində cərimələnib. "Kral klubu"nun açıqlaması belədir:

​"Dünən oyunçularımız Federiko Valverde və Orelyen Çuameni barəsində intizam icraatının açılmasına səbəb olan hadisələrdən sonra, hər iki futbolçu bu gün istintaq məmurunun qarşısında ifadə verib.

​Sözügedən ifadə zamanı oyunçular baş verənlərə görə tam peşman olduqlarını bildirib və bir-birlərindən üzr istəyiblər.

​Eyni zamanda, onlar kluba, komanda yoldaşlarına, məşqçi heyətinə və azarkeşlərə üzrxahlıqlarını çatdırıb, klubun münasib bildiyi hər hansı sanksiyanı qəbul etmək üçün "Real"ın ixtiyarında olduqlarını bəyan ediblər.

​Bu halları nəzərə alaraq, "Real" hər bir oyunçuya 500 min avro məbləğində pul cəzası kəsilməsinə qərar vermiş və bununla da müvafiq daxili prosedurları yekunlaşdırmışdır".

saytlarin hazirlanmasi

Seçilən
44
2
sportal.az

6Mənbələr