AZ

Azərbaycan Kuboku: 30 finalı ümumilikdə 300 minə yaxın tamaşaçı izləyib

Azərbaycan Kubokunun 34-cü mövsümünün finalı 31-ci həlledici qarşılaşma olacaq.

AZƏRTAC xəbər verir ki, bunadək 2001/02 və 2019/20-ci illər mövsümləri başa çatdırılmayıb. Baş tutan 31 finaldan biri – 2020/21-ci illər mövsümünün matçı koronavirus pandemiyası üzündən tamaşaçısız keçirilib.

30 finalı ümumilikdə 300 minə yaxın – 289 min 463 seyrçi izləyib. Həlledici qarşılaşmaların orta göstəricisi 9649-a bərabərdir.

2009/10-cu illər mövsümünün finalını isə rekord sayda - 26000 tamaşaçı seyr edib. “Bakı” və “Xəzər Lənkəran” arasında keçirilən görüş ümumiyyətlə daxili yarışlarda qeydə alınan ən yüksək göstəricidir.

Seçilən
2
13
yeniazerbaycan.com

10Mənbələr