AZ

Paşinyan sərhədimizdə: Dığlı müharibə istəyir Video

ain.az, Axar.az saytına istinadən bildirir.

Ermənistan Baş naziri Nikol Paşinyan 8 mayda Zəngəzur bölgəsinin Laçınla sərhəddə yerləşən Dığ (Teq) kəndində olub.

Axar.az xəbər verir ki, Paşinyan kənddə təsadüfi rastlaşdığı bir gəncə Ermənistanın 29,7 kv.km-lik ərazisini əks etdirən döş nişanı təqdim edib. Gənc isə onu götürməkdən imtina edib.

Gənc bildirib ki, bu, “kiçik xəritədir”. Həmçinin deyib ki, Zəngəzurun da “itirilməsi riski” ola bilər:

“Görürsünüz, cənab Paşinyan, mən çirk içindəyəm, evlər tikirəm. Tikintiyə davam edim, yoxsa nə vaxtsa başqa bir şey ola bilər (yəni Zəngəzur Azərbaycana verilə bilər - red.)?”

Paşinyan isə qeyd edib ki, o, həqiqətən Zəngəzuru itirməkdən narahat olsaydı, tikintiyə heç başlamazdı:

“Evlər tikməyə nə vaxt başladınız? Xəritə böyük olanda niyə bunu etmədiniz?” deyə Paşinyan Qarabağın işğal altında olduğu dönəmdə tikintiyə cəsarət etmədiklərinə işarə vurub.

Daha sonra dialoq bu cür davam edib:

Gənc: - Baxın, bu, sadəcə eybəcərdir. Siz bu xəritəni tutub hamımıza deyirsiniz: biz bütün bunlara uyğunlaşmalıyıq.

Paşinyan: - Bəli, biz buna uyğunlaşmalıyıq, çünki bunlar Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləridir.

Göründüyü kimi, tam sərhədimizdə yaşayan gənc ermənilər müharibəyə və işğala can atırlar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
4
axar.az

5Mənbələr