ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Cəlilabadda gənc müəllim vəfat edib.
Sherg.az "celilabad.com"-a Əslən Cəlilabad rayonunun Albalan kəndindən olan Əhməd Natiq oğlu Əhmədov uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Məlumata görə, o, bağırsaq xərçəngindən həyatını itirib.
Bildirilib ki, Əhməd Əhmədov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının 2015-2020-ci illər məzunu olub, tarix-coğrafiya ixtisası üzrə təhsil alıb.
O, bir müddət rayondakı hazırlıq kurslarından birində müəllim kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Əhməd Əhmədovun iki övladı var.
Allah rəhmət eləsin!
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.