AZ

9 May ərəfəsində Vyanada sovet əsgərlərinin məzarları yenidən təhqir edilib

Vyanada Qələbə Günü ərəfəsində Mərkəzi qəbiristanlıqdakı sovet məzarlığı ikinci dəfə təhqir edilib.

Herbiand.az bildirir ki, bu barədə Rusiyanın Avstriyadakı səfirliyi məlumat verib.

Vandallar Qırmızı Ordu əsgərlərinin məzar daşlarına zərər vurublar. Bu əsgərlər Avstriyanı nasizmdən azad etmək uğrunda döyüşlərdə həlak olublar. Diplomatik missiya hadisəni təsadüfi xuliqanlıq deyil, tarixi yaddaşa qəsdən hücum adlandırıb.

Xatırladaq ki, sovet əsgərlərinin abidəsinin ilk təhqir edilməsi aprelin sonlarında olub.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
16
herbiand.az

1Mənbələr