AZ

Tramp açıqladı: Rusiya və Ukrayna arasında...

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında 9-11 may tarixlərini əhatə edən üç günlük atəşkəs barədə razılıq əldə olunduğunu bildirib.

Axar.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” şəbəkəsində yazıb.

Onun sözlərinə görə, atəşkəs İkinci Dünya müharibəsində Qələbə Gününün qeyd olunması ilə əlaqədar tətbiq ediləcək.

ABŞ lideri bildirib ki, razılaşma bütün hərbi əməliyyatların dayandırılmasını, həmçinin hər iki tərəfdən 1000 nəfərlik əsir mübadiləsini nəzərdə tutur.

Tramp qeyd edib ki, bu təşəbbüs birbaşa onun tərəfindən irəli sürülüb və Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən dəstəklənib.

“Ümid edirəm ki, bu, çox uzun, ölümcül və ağır müharibənin sona çatmasının başlanğıcı olacaq”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti əlavə edib ki, tərəflər münaqişənin başa çatmasına hər gün bir qədər də yaxınlaşır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
11
axar.az

10Mənbələr