ABŞ Prezidenti Donald Tramp 8 mayı İkinci Dünya Müharibəsində ABŞ üçün "Avropada zülm və şər" üzərində Qələbə Günü elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında dərc olunmuş bəyanatda bildirilir.
"8 may 1945-ci ildə nasist Almaniyasının dəmir pəncəsi çökdü və qələbə xəbəri uca ölkəmizə və bütün dünyaya yayıldı, bu da azadlıq tarixində həlledici dönüş nöqtəsi oldu", — deyə sənəddə qeyd olunub.
Tramp amerikalı hərbçilərin qəhrəmanlığını və ABŞ-ın verdiyi böyük itkiləri — 250 mindən çox amerikalının nasizmlə mübarizədə canından keçdiyini vurğulayıb.
Bundan əvvəl Amerika prezidenti dəfələrlə ABŞ-ın İkinci Dünya Müharibəsində "qalib gəldiyini" iddia edib. Siyasətçi qeyd edib ki, Amerika ordusu olmasaydı, bütün dünya "alman və yapon dillərində danışardı".
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta