AZ

Azər Bağırov: “Futbol adamları bunları başa düşür”

futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Misli Premyer Liqasının XXXI turunun “Sabah” – “Kəpəz” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– “Sabah”ı çempionluq münasibətilə təbrik edirəm. Azərbaycanımızı Avropada yaxşı təmsil etsinlər, inşallah. Oyuna gəlincə, rəqib 22 matç idi, məğlub olmurdu. Görüşlərin çoxunda birinci hissədə oyunun taleyini həll edirdilər. Bir az bəxtimiz gətirdi. Həm də qapıçımız Yusif İmanov yaxşı seyvlər etdi. Komandamızı qələbə münasibətilə təbrik edirəm. Gəncədən gələn azarkeşlərə təşəkkürlər.

– Fasilədə nəyi dəyişdiniz?

– Ortada oyunu uduzurduq. Rəqib topla daha çox oynayırdı. İstəyirdik ki, bu mövqeni gücləndirək və hardasa bacardıq. Əsas diqqətimiz ikinci hissədə idi.

– Bir mövsümdə iki çempionu məğlub edən komandasınız, amma autsayderlər qrupundasınız…

– Heyətdə böyük dəyişikliklər edə bilmirik. Psixoloji və fiziki enişlər normaldır. Ən böyük çətinliyimiz onda idi ki, oyunu gücləndirə bilmirdik. Ardıcıl dörd məğlubiyyətlərdə də ciddi itkilərimiz yaranmışdı. Futbol adamları bunları başa düşür, amma azarkeşlər başqa cür baxır və bu da başadüşüləndir.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
futbolpress.az

1Mənbələr