AZ

Levandovskiyə ildə 15 milyon avro məvacib təklif olundu

“Barselona”nın hücumçusu Robert Levandovski yaxın yay transfer pəncərəsində klubunu dəyişə bilər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, polşalı futbolçuya maliyyə baxımından cəlbedici təklif ABŞ-ın “Çikaqo Fayr” klubundan gəlib. Mərkəz Amerika Futbol Liqasının təmsilçisi 37 yaşlı hücumçuya mövsüm üçün 15 milyon avro məvacib nəzərdə tutan müqavilə təklif edir.

Bonus ödənişləri nəzərə alındıqda Levandovskinin illik qazancının 20 milyon avroya qədər yüksələ biləcəyi qeyd olunur.

Bildirilir ki, “Çikaqo Fayr”ın təklifi “Barselona”nın təklif etdiyi maaşdan xeyli yüksəkdir.

Futbolçunun mövcud müqaviləsi cari ilin iyun ayının sonuna qədər qüvvədədir.

Seçilən
17
90deqiqe.az

1Mənbələr