AZ

Putin: "9 May üçün heç kəsə rəsmi dəvət göndərməmişik"

Moskva 9 May bayramı münasibətilə heç kəsi rəsmən dəvət etməyib, lakin gəlmək istəyən hər kəsə şad olacağını bildirib.

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin açıqlamasında deyib.

Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar zamanı Putin Moskvaya gəldiyi üçün ona təşəkkür edib.

"Biz heç kəsi rəsmi dəvət etməmişik. Sadəcə demişik ki, gəlmək istəyən hər kəsi görməyə şad olarıq", — deyə Putin qeyd edib.

Liderlər ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin dünyadakı mövcud vəziyyəti müzakirə ediblər.

Bizim.Media

Seçilən
26
bizim.media

1Mənbələr