AZ

Cəlal üçün 90 dəqiqə

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Cəlal üçün 90 dəqiqə

Bolqarıstan çempionatında 33-cü turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun çıxış etdiyi “Arda” səfərdə Plovdiv “Lokomotiv”inin qonağı olub. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

“Lokomotiv” (Plovdiv) - “Arda” - 2:0

Qollar: İdriz, 55, Zvarts 81

Cəlal Hüseynov da bu matçın iştirakçısı olub. Meydana start heyətində çıxan həmyerlimiz görüşü əvəzolunmadan keçirib. O, 88-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. 

Qeyd edək ki, hazırda “Arda” 45 xalla 7-ci, “Lokomotiv” isə 52 xalla 5-cidir. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
70
1
qol.az

6Mənbələr