Mayın 9-da Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidməti ərazisindəki 110/35/6 kV-luq yarımstansiyada təmir-təftiş işləri aparılacaq.
AzNews.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, yenidənqurma işləri ilə əlaqədar saat 01:00-dan 04:00-dək paytaxtın Binəqədi kəndi və ətrafındakı yeni yaşayış massivləri, Biləcəri qəsəbəsinin Məmmədoğlular, M.Aslanov, 10 May küçələri, eləcə də "DSK yolu" adlanan ərazinin bir hissəsində elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyətlər yaranacaq.